AZ

Avropa üçlüyündən İranla bağlı BƏYANAT: HAZIRIQ!

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Almaniya, Fransa və Böyük Britaniya hərtərəfli və uzunmüddətli sazişin bağlanması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məsələ ilə bağlı Fridrix Merz, Emmanuel Makron və Keyr Starmer arasında danışıqların yekunları üzrə birgə bəyanat qəbul edilib:

“Biz İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin edəcək hərtərəfli, davamlı və yoxlanıla bilən razılaşma əldə etmək üçün İran və ABŞ ilə danışıqları bərpa etməkdə qərarlıyıq”.

Eyni zamanda, üç ölkənin liderləri “snapback” mexanizminin işə salınmasını düzgün qərar hesab etdiklərini və BMT-nin bütün üzvlərini Tehrana qarşı məhdudiyyətlərə əməl etməyə çağırdıqlarını bəyan ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
www.bakupost.az

4Mənbələr