Sitat.info saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi “Azəriqaz” İB bölgələrdə işçilərin ixtisarına başlayıb. Struktur dəyişikliyi ilə əlaqədar keçirilən imtahanlardan yüksək bal toplayan işçilər kadr ehtiyat bazasına göndərilir.
Səbəblərdən biri də sayğaclarla bağlı yeni sistemin qurulmasıdır. Belə ki, sayğaclara vahid mərkəzdən nəzarət olunur və problem yarandığı təqdirdə proqram təminatı sahəsində həll olunur.
Artıq "Azəriqaz" ASC-də çalışan işçilərin narazlıqları artır. İllərdir ki, müxtəlif vəzifələrdə çalşan qurum əməkdaşları işdən çıxarılır.
Məsələ ilə bağlı "Sitat.info" ya danışan buyaxınlarda ixtisara düşərək işini itirən Amin Əhmədov(ad şərtidir) bildirdi ki, işdən çıxarılmağına səbəb qurumda yaradılan yen sistemdir:
"Təxminən 10 gündür ki, işdən çıxarılmışam. Heç bir əsas olmadan məni işdən çıxarıblar. Qurumda sayğacları elektronlaşdırıblar. Artıq hər şey avtomatlaşdırılıb.
Türk şirkəti "Azəriqaz"da yeni mobilləşmə sistemi yaradıb. Əvvəllər hər hansı nasazlıq olanda əraziyə gedirdik, fiziki müdaxilə edirdik. İndi sayğacda hər hansı problem yaranarsa, sistem bunu aşkarlayır. daha sonra icra olunmalıdır.
Türk şirkətinin yaratdığı proqram onlarla işçini işsiz qoyub".
A.Əhmədov bildirdi ki, yeni qurulan smrat sistem yüzlərlə ailəni işsiz qoyacaq: "Bu proqram tək telefonla idarə olunur və bir neçə nəfərin işini görür. Tutaq ki, sayğaca hər hansı xarici təzyiq olarsa, sistem ondan anında xəbər tutacaq.
Əvvələr əraziyə gedib, yoxlayırdıq, artıq bizə ehtiyac qalmır. Biz illərdir ki, bu sahədə təlimlər keçmişik, ixtisaslaşmışıq, indi bu qədər təcrübə ilə kənarda qalırıq. Başa düşürük, texnologiya inkişaf edir, ancaq biz də ailəmizə çörək aparmalıyıq axı..."
Buradan belə nəticəyə gəlmək olar ki, "Azəriqaz" işçilərin ehtiyata göndərdiyini bildirsə də, texnoloji yenilik tətbiq etməklə, daha az insan əməyindən istifadəyə nail olub.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.