Çin nadir torpaq elementləri ilə bağlı məhsullara ixrac nəzarəti tətbiq etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth Social hesabında açıqlayıb: "Çində çox qəribə şeylər baş verir! Onlar düşmən olurlar və dünya ölkələrinə məktublar göndərərək, nadir torpaq metalları ilə bağlı bütün istehsala və demək olar ki, hər şeyə, hətta Çində istehsal olunmasa belə, ixrac nəzarəti tətbiq etmək istədiklərini bəyan edirlər. Heç kim heç vaxt belə bir şey görməyib, lakin bu, mahiyyətcə bazarları "bağlayacaq" və dünyanın demək olar ki, hər bir ölkəsi, xüsusən də Çin üçün həyatı çətinləşdirəcək".
Tramp bildirib ki, o, Çinin “düşmən hərəkətlərinə” maliyyə cəhətdən qarşı çıxmaq məcburiyyətində qalacaq və Çin mallarına “külli miqdarda tarif artımı”nı bir tədbir kimi nəzərdən keçirir: “Çinin indicə verdiyi düşməncəsinə əmrlə bağlı nə deyəcəyindən asılı olaraq, mən Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq onların bu addımına maliyyə baxımından qarşı çıxmağa məcbur olacağam. Hazırda nəzərdən keçirdiyimiz tədbirlərdən biri də Amerika Birləşmiş Ştatlarına daxil olan Çin mallarına rüsumların kütləvi şəkildə artırılmasıdır".
Tramp əlavə edib ki, ABŞ-ın “Çinin monopoliyaya ala bildiyi” hər bir elementə cavabı var. O, "bu, ağrılı olsa da, nəticədə ABŞ üçün çox yaxşı olacaq" deyərək, "bir çox digər əks tədbirlərin də ciddi şəkildə nəzərdən keçirildiyini" vurğulayıb.
Musavat.com