AZ

“Good Up” restoranından sifariş etdiyim qutabların iyindən mətbəxə girmək olmurdu” – MÜŞTƏRİ ŞİKAYƏTİ

Sosial şəbəkələrdə “Good Up” restoranlar şəbəkəsinin Xətai filialı barədə şikayət yayılıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müştəri bildirib ki, bazar günü “Wolt” tətbiqi vasitəsilə sifariş etdiyi qutablar xarab vəziyyətdə çatdırılıb.

Şikayətçi iddia edir ki, qabı açan kimi iyrənc və kəskin üfunət qoxusu hər yana yayılıb:

“Sifarişi qəbul edib qabı açdıqda artıq üfunət iyi bürüdü hər yanı. Ləvəngi qutabları sanki aylardır iylənmiş formadaydı. O vəziyyət idi ki, mətbəxə sonradan daxil olanlar belə iyi dərhal hiss etdilər.”

Müştəri qeyd edib ki, məsələ ilə bağlı “Wolt”la əlaqə saxlayıb, lakin platforma məsuliyyəti üzərinə götürməkdən imtina edib:

“Wolt-a məlumat verdim, amma onlar məsuliyyəti qəbul etmədilər. Restoranın məhsullarının keyfiyyətli olduğunu deyirlər. Ödənişi də geri qaytarmırlar.”

Şikayətçi “Good Up” restoranını keyfiyyətsiz xidmət və məhsul satmaqda günahlandırıb:

“Biabırçılıq xidmətdir. Biz səhv etdik, reklama aldanıb o restorandan qutab sifariş etdik. Qəti şəkildə bu səhvə düşməyin. Qutabları ən aşağı səviyyədə keyfiyyətdədir.”

 

Seçilən
3
nocomment.az

1Mənbələr