AZ

Mingəçevrdə güclü külək bir sıra fəsadlar yaratdı - FOTO

MİNGƏÇEVİR, 10 oktyabr. TELEQRAF

Mingəçevirdə güclü külək bir sıra fəsadlar yaradıb. Küləyin təsirindən kökündən qopan ağaclar yollara, parklara və elektrik xətlərinin üzərinə aşıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, küləyin fəsadları Heydər Əliyev prospekti, Mingəçevir "kənd"i kimi tanınan ərazidə, Nizami parkında və digər ərazilərdə daha çox nəzərə çarpıb.

İri gövdəli ağacların aşması piyada və avtomobillərin hərəkətinə çətinliklər yaradıb, əhalini işıqsız qoyub.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları mərhələli şəkildə fəsadları aradan qaldırıblar.

Qeyd edək ki, bu anlarda belə Mingəçevirdə güclü külək əsməkdə davam edir.

Seçilən
7
3
teleqraf.com

4Mənbələr