Yeniyetmələrin törətdiyi cinayət əməllərinin sayı artıb.
Bu yaş dövründə olan uşaqların kriminala meyllənməsinə bir neçə səbəb göstərilir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, internetə çıxışı olan hər bir yeniyetmə kriminal aləmin təbliğinə aid çox sayda görüntülər tapıb baxır, onlara həsr olunmuş musiqiləri dinləyir və onlar kimi olmaq istəyir:
"Bununda səbəbi evdə ata faktorunun uşağın həyatında rol oynamaması, kişi zəhmi, xarakteri haqqında heç bir fikrin olmamasıdır. Yeniyetmə boşluğu sosial şəbəkələrdəki kriminal videolar və məhəllədəki "yaxşı oğlanlar"la doldurur. Belə uşaqlar aqressiv, qorxusuz, səbirsiz, gələcək həyatı barədə bədbin düşünən, yeganə çıxış yolunun hansısa cinayəti törədərək barmaqlıqlar arasında özünü yetişdirməkdə görür".
Sevinc