ain.az, Metbuat saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, bu ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bəs Xankəndiyə qatarla gediş-gəliş nə vaxtdan mümkün olacaq?
"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ilin sonunadək Ağdam-Xankəndi dəmiryol xəttinin və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi işlərinin başa çatdırılması nəzərdə tutulur.
O qeyd edib ki, digər regionlarda da qatarların fəaliyyəti ilə bağlı yenilik olanda ictimaiyyətə məlumat veriləcək.
Sevinc İbrahimzadə / Metbuat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.