AZ

Ağdamda istehlaka yararsız ət aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Sabir Samir oğlu Rüstəmova məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kiloqram çəkisi olan iribuynuzlu heyvan cəsədi aşkar edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Seçilən
18
10
yeniazerbaycan.com

10Mənbələr