ain.az bildirir, Avtosfer portalına istinadən.
Ölkə başçısı Prezident İlham Əliyevin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən paytaxtın bir sıra ərazilərində piyadaların rahat hərəkətinin təmini üçün müəyyən işlər görülməlidir. Lakin biz bu gün paytaxt küçələrinə baxdıqda, binaların altında fəaliyyət göstərən və səkiyə terras uzadan, müxtəlif formada səkiləri zəbt edən iaşə müəssisələri görə bilir. Maraqlısı odur ki, 2030-cu ilə qədər baş tutması planlaşdırılan bu proqram dövlət qurumlarının tam məsuliyyətilə həyata keçirilsə, həmin obyektlərin aqibəti necə olacaq?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında deyib ki, belə obyektlərin hamısının sənədinin olması, onların qanuni fəaliyyət göstərməsi inandırıcı deyil:
“Müəyyən edilmiş qırmızı xətt var. Bakıda ümumilikdə şəhərsalma normaları pozulub. Paytaxtın küçələri hibridləşib. Yəni, səkilər kəsilərək yola qatıılıb, parkinqə çevrilib, müxtəlif formalarda zəbt halları var. Lakin bu məsələləri də “svetafor prinsipi”nə bölsək, müəyyən küçələri zəbtdən azad etmək daha tez mümkün olar. Köşklərin səkidən götürülməsi, avtomobillərin səkidə qeyri-qanuni parklanmasının aradan qaldırılması mütləqdir. Obyektlərə gəlincə, məhkəmə qərarlarına əsasən bu barədə hökm verilə bilər. HObyektlərin özlərini də çeşidləmək lazımdır. Hamını qırmızı rəngləyib problem kimi göstərmək lazım deyil. Bakıda ümumi küçə-yol şəbəkəsi 1652 kilometrə qədərdir, ən kiçik küçə 300 metr, ən böyük küçə isə 10 kilometrdir. əgər bu məsafədə bizim davamlı səkimiz mövcud deyilsə, bu problem aradan qaldırmalıyıq. Problemi obyektləri sökməyə köklənərək həll edə bilmərik. Çeşidlədikdən sonra harda ki, bu imkanlar var, çox sürətlə həll etmək olar. Səkilərlə bağlı standartlar bütövlükdə yeniləməlidir”.
Ekspert vurğulayıb ki, səkilərin örtükləri yol örtüyü ilə heç bir halda eyni olmamalıdır. Səkilərin qorunması üçün kənarlarına tumbalar vurulmalıdır:
“Səkinin yanında əgər dayancaq, dayanacağın da yaxınlığında parklama yerləri varsa, bir-birinə qarışmaması üçün anti-cib təşkil olunmalıdır. Bu həm parkinq sahəsinin fiziki olaraq ayrılmasına, həm də dayancaq zəbtinin qarşısını alacaq. Bakı birinci şəhər deyil ki, bu növ çağırışlarla üzləşir. Digər şəhərlərdə olan praktikanı da paytaxtda tətbiq etmək olar. Xüsusən də əgər Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyası gələn il Bakıda keçiriləcəksə, bu, bir fürsətdir ki, şəhəri daha inkulziv və əlçatan edək və hərəkət iştirakçıları arasındakı ən qorunmayan üzv olan piyadaların önündəki bütün baryerləri aradan qaldıraq”.
Səfər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.