AZ

“İrşad” mağazalar şəbəkəsi işlənmiş paltaryuyanı yeni adı ilə satıb, ödənişimi qaytarmır

Röyalə Nəsirli “İrşad” mağazalar şəbəkəsindən narazılığını bildirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, 18 sentyabr tarixində Xırdalan filialından aldığı “Samsung” markalı paltaryuyan maşın yeni deyilmiş. Müştəri iddia edir ki, məhsulun barabanı dəyişdirilmiş və işlənmiş vəziyyətdə ona satılıb.

Röyalə Nəsirlinin sözlərinə görə, məsələ üzə çıxandan sonra mağaza əməkdaşları məhsulu dəyişməkdən və ya pulu qaytarmaqdan yayınmağa çalışıblar:

“Barabanı dəyişən məhsulu aldadıb satıblar. Daha sonra bu üzə çıxanda dəyişdirməmək üçün əllərindən gələni etdilər. Çoxsaylı zənglər və şikayətlərdən sonra əsəb pozuntusu nəticəsində maşını apardılar, amma ilkin 300 manat ödənişimi hələ də qaytarmayıblar.”

O əlavə edib ki, 30 sentyabrdan bu günə qədər məsələ uzanır, lakin nəticə yoxdur:

“Dəfələrlə müraciət etmişəm, amma məsuliyyətsizlik göstərirlər. İşlənmiş məhsulu satmaq azmış kimi, indi də pulu qaytarmırlar. Qaynar xətlərinə şikayətimə də baxılmayıb.”

Röyalə Nəsirli sonda qeyd edib:

“Başa düşmürəm, İrşad vətəndaşın 300 manatına qalıb?”

Seçilən
4
nocomment.az

1Mənbələr