AZ

Mediasiya təşkilatı ictimaiyyətə tanıdıldı - MASALLIDA

Mediasiya təşkilatı ictimaiyyətə tanıdıldı - MASALLIDA


Masallı 2 saylı mediasiya təşkilatının ictimai təqdimatı oldu. 
Oktyabrın 10-da Masallı şəhərində keçirilən təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Masallı Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri, mediasiya təşkilatlarının rəhbərləri, vəkillər, QHT təmsilçiləri və jurnalistlər iştirak edirdi.
Çıxış edənlər mediasiya institutunun bu günə qədər əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirərək, xüsusilə regionlarda fəaliyyət göstərən mediasiya qurumlarının cəmiyyət üçün əhəmiyyətindən danışdılar. Onlar Masallıda fəaliyyətə başlayan yeni təşkilata uğurlar arzulayıb, bu sahədə qarşıda duran vəzifələrin məsuliyyətini xüsusi olaraq qeyd etdilər.
Tədbirin sonunda Masallı 2 saylı mediasiya təşkilatının direktoru Tünzalə Qardaşova qonaqlara təşkilatın is şəraiti və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verdi. 

 

Akif AĞAYEV


 

Seçilən
4
qht.az

1Mənbələr