AZ

Gənc oğlan qadının oteldə videosunu çəkdi, təhdid etdi: “Uşaqlarına göndərəcəm...” – TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Sərxan tanışı Əfsanəni (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, “Tik-tok" sosial şəbəkəsində tanış olduğu Əfsanə ilə bu il fevralın 15-də saat 13 radələrində “Bakı” otelində birlikdə vaxt keçirib. Bu zaman mobil telefonla gizli olaraq qızın yarı-çılpaq vəziyyətdə videosunu çəkib.

Ertəsi gün saat 9 radələrində qadınla əlaqə yaradıb, cinsi əlaqədə olduqları barədə yaxın qohumlarına məlumat verəcəyini, çəkdiyi videonu onlara göndərəcəyini, onu biabır edəcəyini bildirib. Hədə-qorxu ilə ondan 700 manat pul tələb edib. Zərərçəkmiş şəxs onun kart hesabına 165 manat pul köçürüb.

“O, çaxır gətirdi, mən ərzaq aldım”

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Seçilən
7
publika.az

1Mənbələr