Newscenter.az saytına istinadən ain.az xəbər verir.
“Qazaxıstan Dəmir Yolu” Aktau limanına ixrac taxıl yüklərinin qəbulunu müvəqqəti məhdudlaşdırıb.Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Qazaxıstan" yayıb. Bildirilib ki, bu, gəmilərin qeyri-bərabər daxil olması səbəbindən taxıl vaqonlarının yığılması ilə bağlıdır. Sentyabrda limana ümumi yükgötürmə qabiliyyəti təxminən 50 min ton olan 14 gəmi gəlib. Bu da terminallarda və girişlərdə 700-ə yaxın yüklənmiş vaqonun yığılmasına səbəb olub.Məhdudiyyətlər hərəkət edən heyətin sıradan çıxmasının və infrastrukturun həddən artıq yüklənməsinin qarşısını almaq üçün tətbiq edilib. Gəmilərin hərəkət qrafiki sabitləşdikdən sonra taxıl yüklərinin qəbulu tam həcmdə bərpa olunacaq.Mehman Mehdiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.