Bakı. Trend:
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad NəbiyevBrüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrəkomissarı Marta Kos ilə görüşüb.
Trend-inməlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, görüşdə Zəngəzur dəhlizinin gələcəkperspektivləri, eləcə də Naxçıvanın nəqliyyat infrastrukturununinkişafı sahəsində Aİ-nin mümkün dəstəyi barədə müzakirələraparılıb.
"Azərbaycan tərəfindən bu istiqamətdə icra olunan stratejiəhəmiyyətli layihələr barədə ətraflı məlumat verdik. Eyni zamandahəmin layihələrdə Aİ-nin potensial iştirak imkanları barədə fikirmübadiləsi apardıq. Görüşdə, həmçinin nəqliyyat, rəqəmsallaşma,innovasiyalar və İKT sahələrində əməkdaşlığın genişləndirilməsiməsələləri diqqət mərkəzində oldu", - deyə R.Nəbiyev qeyd edib.