AZ

Alla Puqaçova bu qədər pensiya alırmış

6 yaşlı Alla Puqaçova xaricdə yaşasa da, pensiyasını hələ də Rusiyadan alır.

Milli.Az xəbər verir ki, "kp.ru" primadonnanın ay ərzində aldığı ödənişləri araşdırıb.

"Qanun vətəndaşların xarici agent statusuna, cinayətə və ya yaşayış yerini dəyişməsinə görə pensiya ödənişlərindən məhrum etmək üçün əsas vermir", - vəkil Serqey Romanov bildirib.

O, əlavə edib ki, ölkəni tərk etmək vətəndaşı pensiya almaq hüququndan məhrum etmir. Pensiya ödənişləri yalnız hüququn itirilməsi və ya ölüm halında dayandırılır.

Məlumata görə, Puqaçovanın pensiyası bank kartına yatırılır. Rusiyada müğənninin etibarnamə əsasında bütün təşkilati və maliyyə məsələləri ilə məşğul olan köməkçisi və uzunmüddətli işçisi var. Hüquqşünaslar onun daşınmaz əmlakına, vergilərə və kommunal ödənişlərə də nəzarət edirlər.

Qeyd olunur ki, Alla Puqaçova pensiya hüququnu 2004-cü ildə qazanıb.

Xatırladaq ki, 10-15 il əvvəl mətbuatda sənətçinin guya 10-15 min rubl (təxminən 209-314 AZN) təqaüd alması haqda şayiələr yayılmışdı. Həmin vaxt müğənninin köməkçisi Puqaçovanın bu məbləği əlil fanatına bağışladığını iddia etmişdi. Bu gün isə vəziyyət dəyişib.

O, həmçinin xalq və əməkdar artistlər üçün nəzərdə tutulan təzminat ödənişi almaq hüququna malikdir. 2025-ci ildə bu məbləğ 41 995 rubl (879 manat) təşkil edəcək. Yaşa görə sığorta pensiyasını da nəzərə alsaq, Puqaçova hər ay ən azı 67 min rubl (1402 manat) alır. (publika.az)

Seçilən
12
paralel.az

1Mənbələr