GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yaxın Şərqdə baş verən hadisələr neftin qiymətinin aşağı düşməsinə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.
Ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin fyuçersləri 3,5% ucuzlaşaraq bir barel üçün 62,94 dollar təşkil edib.
Brent nefti dörd aydan artıq müddətdə ilk dəfə bir barel üçün 63 dollardan aşağı satılır. Sonuncu dəfə bu, 30 may 2025-ci ildə baş verib. Neft qiymətləri Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı ehtiyatlı optimizm fonunda ucuzlaşır.
Investing.com məlumatlarına görə, WTI markalı neftin fyuçersləri mayın 30-dan bəri ilk dəfə bir barel üçün 60 dollardan aşağı düşüb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.