Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişlər müəyyənləşib.
Publika.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.
Sənəddə əks olunan sağlamlıq tələbləri və göstərişlər aşağıdakı kimidir:
Ümumi sağlamlıq tələbləri:
Zəvvarların və ziyarətçilərin sağlamlığına və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Buna əsasən, yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir.