ain.az, Axsham.az saytına istinadən bildirir.
Aparıcı Lalə Azərtaş daha bir erkən nikahın qarşısını alıb.
Axşam.az xəbər verir ki, bununla bağlı görüntülər "Təsir dairəsi" verilişində yayımlanıb. Belə ki, L.Azərtaş Qaradağ rayonunda 16 yaşlı Nəzrin adlı qızın Rüfət adlı şəxslə sabah toyunun baş tutacağı haqda məlumat alıb və onların evinə yollanıb.
Qızın atası Elnur bəy toyun olacağını etiraf etməyib.
16 yaşlı Nəzrin isə Lalə Azərtaşla söhbətində "Sadəcə gəlinlik geyinib qayıdacam. Bəy evinə köçməyəcəyəm. Ər evinə iki il sonra gedəcəyəm. Rüfət bizim qonşumuzdur" deyib.
Daha sonra isə aparıcı toyun planlaşdırıldığı "Dəniz palace" restoranına yollanıb. Məkan rəhbəri isə sabahkı məclisin toy yox, əsgər yığıncağı olduğunu bildirib. L.Azərtaş əlində dəvətnamənin olduğunu və məkana ailənin evindən gəldiyini deyib. Məkan sahibi daha sonra toyun olacağını etiraf edib:
"Mənə qızın təvəllüdünü dəməyiblər. Yalnız oğlanın şəxsiyyət vəsiqəsini gətirmişdilər. Bizə demişdilər ki, oğlan toyu olacaq. Sonra dəyişdilər ki, qadın və kişi məclisi olacaq".
View this post on Instagram
A post shared by Axsam_magazin (@axsam_magazin)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.