AZ

Melaniya Tramp 8 ukraynalı uşağı ailələrinə qovuşdurdu

“Rusiya və Ukrayna arasında humanitar əməkdaşlıq çərçivəsində son 24 saat ərzində səkkiz ukraynalı uşaq ailələrinə qovuşub”.

Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.

“Mənim nümayəndəm uşaqların ailələrinə təhlükəsiz qayıtmasını təmin etmək üçün birbaşa prezident Putinin komandası ilə işləyib”, - Melaniya Tramp deyib.

O, əlavə edib ki, Rusiya hər bir uşağın bioqrafik məlumatları və fotoşəkilləri ilə yanaşı, onlara göstərilən tibbi-sosial yardım haqqında da məlumat verib.

QAZİLER.AZ

Seçilən
54
9
qaziler.az

2Mənbələr