AZ

Özbəkistanın qızıl ehtiyatları artıb



Özbəkistanın qızıl ehtiyatları artıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Özbəkistan Mərkəzi Bankının anbarlarındakı qızılın dəyəri 4,17 milyard dollar artaraq tarixdə ilk dəfə 44,22 milyard dolları ötüb.

Özbəkistanın Mərkəzi Bankının məlumatına görə, oktyabrın 1-nə Özbəkistanın qızıl-valyuta ehtiyatları 54,99 milyard dollara çatıb.

Artımın əsas amili dünya bazarında qızılın qiymətinin artması ilə bağlı olub.

Eyni zamanda, ehtiyatların fiziki həcmi bir qədər azalaraq 11,8 milyon troy unsiyadan 11,6 milyona düşüb.

Hazırda ölkənin ehtiyatlarının 80,4 faizi qızılın payına düşür. Bu, Mərkəzi Bankın təhlükəsiz və etibarlı aktivlərə diqqətini gücləndirdiyini göstərir.

Süleyman
Seçilən
16
newscenter.az

1Mənbələr