AZ

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Bir neçə il öncə Əhməd Rəcəblidə yerləşən "Sahra Baku” adlı gecə klubunu işlədən Elçin Allahverdiyev mətbuatın yaddaşında qanunlara "kəllə atan” sahibkar kimi qalmışdı. Görünür, illər keçsə də, sahibkarın "fəaliyyət prinsipi” dəyişməyib.

 Bu haqda  məlumatı "İnfo24.az” özünün Instagram səhifəsində paylaşıb. Məlumatda qeyd edilir ki.saytın əldə etdiyi məlumata görə, Elçin Allahverdiyev bu dəfə "ailəvi restoran” adı altında eyni qanunsuzluqlara "Qədirxum” restoranında davam edir. Məlumata əsasən, restoran daxilində müştərilərə rəsmi fiskal çek təqdim edilmədən, nağd şəkildə "Cartu cart” ödənişləri qəbul olunur. Bu isə açıq şəkildə vergi öhdəliklərindən yayınma, yəni dövlət büdcəsinə zərər vurma halıdır.
SİTAT; "Məkanın xidmətindən narazı qalan bir çox vətəndaşlar da bildirir ki, "Qədirxum” restoranında servis səviyyəsi sıfıra bərabərdir – yeməklərin keyfiyyəti aşağı, personalın davranışı isə kobuddur. Müştərilərin sözlərinə görə, "bir dəfə gedən, bir də getmək istəmir”. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, bu kimi hallar ciddi hüquqi məsuliyyət yaradır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, vergi ödəyicisi gəlir və dövriyyələr barədə düzgün məlumat təqdim etməyə borcludur. Rəsmi çek verməmək bu öhdəliyin pozulması deməkdir.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, gəlirlərin gizlədilməsi və ya vergi məbləğinin azaldılması məqsədilə sənədlərin saxtalaşdırılması və ya təqdim edilməməsi hallarında sahibkar 5000 manatdan 10.000 manata qədər cərimə oluna bilər.  Əgər bu əməl sistematik xarakter daşıyırsa, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, sahibkar 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”. Sayt yazır ki, vergidən yayınmaq təkcə dövlətin büdcəsinə zərər vurmaq deyil — bu, həm də ədalətli sahibkarlıq mühitinə zərbə vurmaq, dürüst fəaliyyət göstərən digər restoranlara qarşı haqsız rəqabət yaratmaq deməkdir: "Görünür, Elçin Allahverdiyev üçün "gecə klubundan ailəvi restorana” uzanan yol yalnız ad dəyişikliyindən ibarət olub. Lakin cəmiyyət və müvafiq qurumlar bu kimi hallarda "ad”a yox, əmələ baxmalıdır. Ümid edirik ki, Vergilər Xidməti və aidiyyəti dövlət qurumları "Qədirxum” restoranında baş verən bu halları araşdır”.

 

 

Seçilən
7
1
7news.az

2Mənbələr