AZ

Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beynəlxalq tədqiqatçı qrupu müəyyən edib ki, qara qarağat şirəsi həm istirahət halında, həm də zehni gərginlik zamanı beynin ön loblarına qan axınını artırır.

Milli.Az xəbər verir ki, bunu Beynəlxalq tədqiqatçı qrupları müəyyənləşdirib və nəticələr Nutritional Neuroscience (NN) jurnalında dərc olunub.

Eksperiment 18-35 yaş arası 20 sağlam gənc üzərində aparılıb. İştirakçılardan biri laboratoriyaya gəldikdə poliifenollarla zəngin qara qarağat şirəsi, digərində isə aktiv maddəsi olmayan, dad və rəngcə eyni plasebo (effekti olmayan saxta dərman və ya içki) qəbul edib. Sonra tədqiqatçılar yaxın infraqırmızı spektroskopiya üsulu ilə beyin qan dövranının və oksigen səviyyəsinin dəyişməsini izləyiblər.

Nəticələr göstərib ki, şirə içdikdən 35 dəqiqə sonra sol ön lobda oksigenli hemoglobin artıb, deoksigenli hemoglobin isə azalıb. Bu, beynin daha yaxşı qan və oksigen aldığını və damarların daha səmərəli işlədiyini göstərir. Ümumilikdə həmin sahəyə gələn qan miqdarı da bir qədər artıb.

Tədqiqat rəhbəri Dr. Entoni Uotson, "Biz sol prefrontal korteksdə açıq artım müşahidə etdik, bu sahə diqqət və qərarvermə ilə əlaqədardır. Bu, iş yaddaşı proseslərinə sol hissənin daha aktiv şəkildə qatıldığını təsdiqləyir," - deyib.

Qara qarağat polifenollarla, xüsusilə antosiyaninlərlə zəngindir. Alimlər hesab edirlər ki, bu birləşmələr damarları genişləndirən azot oksidi istehsalını artırır və həmçinin dopamin və serotonin səviyyələrinə təsir edərək beynin qan dövranını tənzimləyir.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
news.milli.az

2Mənbələr