Çin və Səudiyyə Ərəbistanı oktyabrın ikinci və üçüncü ongünlüyündə “Mavi Qılınc 2025” adlı birgə dəniz təlimləri keçirəcək.Təlimlər Səudiyyə Ərəbistanında baş tutacaq.
Operativ Media xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tszyan Bin məlumat verib.
Onun sözlərinə görə, təlim iki ölkənin hərbi dəniz qüvvələri arasında üçüncü olacaq və texniki və taktiki təcrübə mübadiləsinə, eləcə də iki tərəf arasında dostluq münasibətlərinə, praktiki əməkdaşlığın dərinləşməsinə kömək edəcək.