AZ

Melaniya Tramp Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların rifahını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

"Prezident Putinlə bu uşaqların rifahını müzakirə etmək üçün açıq ünsiyyət kanalımız var", - o deyib.

Melaniya Trampın sözlərinə görə, Putin onun bu məsələni qaldıran məktubuna cavab verib, onunla birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirib.
Seçilən
4
3
sherg.az

4Mənbələr