AZ

Oğurluq edən şəxs izi itirmək üçün bu yola əl atdıVİDEO

Şəkidə evdən oğurluq edən şəxs izi itirmək üçün yanğın törədib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Vərəzət kəndində baş verib.

Ev sahibi Rahim Həsənov deyir ki, ailəsi ilə qardaşıgilə gediblər. Qayıdanda isə evin yandığını görüblər.

O, dərhal polisə məlumat verib. Bir neçə saat sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkmişin həm qonşusu, həm də əmisi oğlu olan 30 yaşlı Elmin Camalov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, evdən 3 min manat dəyərində qızıl-zinət əşyaları və 2 min manata yaxın pul oğurlanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
1
xezerxeber.az

1Mənbələr