AZ

Yolların nişanlanma və xətlənməsinə ayrılan 45 milyon nələrə xərclənəcək? - RƏSMİ AÇIQLAMA

Yolların nişanlanma və xətlənməsinə 45 milyon manat ayrılıb. Bu məlumatın yayılmasından sonra sosial şəbəkələrdə müxtəlif müzakirələr başlanılıb.

Müzakirələrdə məsələ birmənalı qarşılanmır və bir çox insan tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərt tənqid edilir.

Yolların xətlənməsi və nişanlanma prosesi nələri əhatə edir?

Məsələyə aydınlıq gətirmək üçün qurumla əlaqə saxladıq AYNA-dan Far.Az-ə açıqlamada bildirildi ki, vəsait ölkə ərazisindəkı yolların yenilənməsi üçün nəzərdə tutulub.

"Vəsait Nazirlər Kabinetinin 24 iyul 2025 tarixli 462s nömrəli sərəncamının 2.3 bəndinə uyğun olaraq Respublikanın əsas magistral avtomobil yollarında və Bakı şəhərində magistral yollarla əlaqələndirməni təmin edən küçə və prospektlərdə, eləcə də Gəncə şəhərinin əsas daxili yollarında yol nişanlarının və nişanlanma xətlərinin yenilənməsi üçün ayrılıb.

Xətlənmə işlərində asfalt örtüyünə soyuq boya, iki komponentli boya və termoplastik materiallar vasitəsilə xətlərin, piyada keçidlərinin, dayanacaq yerlərinin, ox və simvol nişanlarının çəkilməsi daxildir. Boya işlərinə hazırlıq mərhələsində isə köhnə və yararsız xətlərin xüsusi texnika ilə silinməsi, yol səthlərinin dərmanlı su ilə yuyulması və təmizlənməsi prosesi də həyata keçirilir.

Nişanlanma işlərinə daimi və müvəqqəti yol nişanlarının təyin olunmuş dəqiq standartlara (ölçü, rəng, parlaqlıq, refleksiya) uyğun quraşdırılması, yol kənarı təhlükəsizlik elementlərinin (dirəklər, dayaqlar, fənərlər) yenilənməsi aiddir.

Nümunə olaraq göstərə bilərik ki, ötən il COP29 ərəfəsində Aeroport şosesində tətbiq edilən xətlənmə və nişanlanma standartının sözügedən yollarda istifadəsi nəzərdə tutulub", - deyə AYNA-dan bildirilib.

Seçilən
2
1
far.az

2Mənbələr