AZ

“İbra hələ də Tanrıdır"

Keçmiş futbol ulduzu, hazırda “Milan” klubunun sahiblərinin məsləhətçisi vəzifəsində çalışan Zlatan İbrahimoviç yeni rolu barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, “La Gazzetta dello Sport” sabiq futbolçunun dediklərini belə çatdırıb. 

“İbra hələ də Tanrıdır. Əgər indi meydanda olsaydım, bütün sualların cavabını biləcəkdim. Artıq şəxsi məqsədlərim yoxdur. Mənim etdiyim hər şey ‘Milan’ üçündür”

İbrahimoviç əlavə edib ki, “rossonyerlər”in bu mövsüm A Seriyasının çempionu olacağına inanır.

Qeyd edək ki, Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ildə başa vurub. O, karyerası ərzində “Barselona”, “PSJ”, “Mançester Yunayted”, “Milan” və “İnter” kimi aparıcı klubların formasını geyinib. Hazırda “Milan” İtaliya çempionatının turnir cədvəlində 13 xalla 3-cü pillədə qərarlaşıb.

Seçilən
4
90deqiqe.az

1Mənbələr