AZ

​"Barselona"nın Levandovskinin əvəzinə istədiyi hücumçu bilindi

"Barselona" "Borussiya Dortmund"un hücumçusu Serhou Qirassinin transfer edə bilər. Metbuat.az xəbər verir ki, Robert Levandovskinin müqaviləsi başa çatmaq üzrə olduğu üçün "Barselona" onun yerinə bir sıra namizədləri müəyyənləşdirib. İddialara görə, "Barselona" Serhou Guirassinin xidmətində maraqlıdır. Ötən mövsüm Çempionlar Liqasında "Barselona"ya qarşı het-trik edən futbolçu 2023-cü ildən "Ştutqart" və "Dortmund"un heyətində 88 oyunda 74 dəfə fərqlənib.

“Bild” qəzetinin məlumatına görə, “Borussia Dortmund” 65 milyon avroluq təklif alacağı təqdirdə Qirassinin ayrılmasına icazə verəcək. Əvvəlcə oyunçu üçün 100 milyon avro tələb edən klub, Qirassinin ya “Real Madrid”, ya da “Barselona”da oynamaq istədiyini bildirməsindən sonra tələb olunan qiyməti aşağı salıb.

Seçilən
4
1
metbuat.az

2Mənbələr