AZ

Gəncədə yeniyetmə və gənclər arasında artan CİNAYƏT HADİSƏLƏRİ- Qarşısını necə alaq?

"Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) Ermənistana MDB ölkələri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində bildirib. "Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra sülh bərqərar olub. "Tramp marşrutu" Ermənistana MDB-yə üzv dövlətlər ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və Birlik üçün yeni ixrac və idxal imkanları açaraq təşkilatın səmərəliliyini artırmağa imkan verəcək", - deyə o qeyd edib.

Seçilən
12
avtosfer.az

1Mənbələr