AZ

“Critical Infrastructure Defence Challenge 2025” yarışının qalibləri müəyyən olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakıda iki gündür davam edən “Critical Infrastructure Defence Challenge 2025” yarışının qalibləri müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində iki gün davam edən “Critical Infrastructure Defence Challenge 2025”( CIDC-2025) tədbirində kibermüharibə ilə bağlı keçirilən yarışda 20 yerli və 5 xarici komanda arasında qalib gələn üç komanda mükafatlandırılıb.

Qaliblərə mükafatlarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant İlqar Musayev təqdim edib.

Yarışmanın birincisi 15 min manat mükafatı qazanan "AzInTelecom" MMC – “RedBox” komandası olub. İkinci yerin qalibi “Azercell” - “CybeCell” komandası 10 min manat, üçüncü yerin qalibi “Kapital Bank" ASC – “Bir Sec” isə 5 min manat mükafata layiq görülüb.

Tədbirin sponsorlarına və tərəfdaşlara da diplomlar təqdim edilib.

Qeyd edək ki, iki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi “CIDC-2025” də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirib.

 

Seçilən
16
azertag.az

1Mənbələr