AZ

“Ən çətini zirvəyə qalxmaq deyil, orada qalmaqdır”

PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Fabian Ruis komandasının Çempionlar Liqasındakı gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “So Foot” 29 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

“Futbolda ən çətini zirvəyə qalxmaq deyil, orada qalmaqdır. Qarşımızda məqsəd var — Çempionlar Liqasını iki, üç, bəlkə də dörd dəfə qazanmaq. Bu, asan olmayacaq, amma kim bilir? Biz bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Əsas odur ki, ötənilki qələbəmiz dönüş nöqtəsinə çevrilsin. Hesab edirəm ki, biz artıq uğurun açarının tam fədakarlıq olduğunu dərk etmişik”

Qeyd edək ki, PSJ Çempionlar Liqasının hazırkı qalibidir. Paris təmsilçisi 2024/2025 mövsümünün finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək turnirin kubokunu qazanıb.

Seçilən
9
90deqiqe.az

1Mənbələr