AZ

İdarə müdiri Beyləqan məktəblərində tədris prosesini izlədi - FOTO

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tam orta məktəb layihəsi çərçivəsində fəaliyyət göstərən Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub. 

Ucnoqta.az xəbər verir ki, idarə müdiri məktəbdə yaradılmış şəraitlə yaxından tanış olub, tədris prosesi ilə maraqlanıb, dərs məşğələlərində iştirak edib.
Bəhruz Nəbili müəllim və şagirdlərlə görüşərək onların fikirlərini dinləyib, tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində tövsiyələr verib. Müəllimlərə müasir təlim metodlarının tətbiqi, şagirdlərə isə təhsildə fəallığın və məsuliyyətin artırılması ilə bağlı məsləhətlər verilib.

Sonda idarə müdiri məktəbdə görülən işləri yüksək qiymətləndirib, yaradılmış şəraitin təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
İdarə müdiri Beyləqan rayonu İlqar Qurbanov adına İkinci Aşıqlı kənd tam orta ümumtəhsil məktəbinə də olub.

Səfər çərçivəsində idarə müdiri məktəbdə yaradılmış tədris şəraiti və sinif otaqları ilə tanış olub. O, dərs proseslərini izləyib, müəllim və şagirdlərlə söhbətlər aparıb.
İdarə müdiri tədris prosesinin səmərəliliyinin artırılması və şagirdlərin inkişafına yönəlmiş fəaliyyətin gücləndirilməsi ilə bağlı bir sıra tövsiyələrini verib.

Seçilən
12
ucnoqta.az

1Mənbələr