AZ

Dembelenin bazar dəyəri 10 milyon avro artıb

Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembelenin bazar dəyəri 10 milyon avro artıb.

90deqiqe.Az-ın məlumatına görə, "Transfermarkt" portalının son yeniləməsinə əsasən, 2025-ci ilin “Qızıl top” mükafatının sahibi hazırda 100 milyon avro dəyərində qiymətləndirilir.

Yenilənmədən sonra 28 yaşlı futbolçu "Transfermarkt"ın versiyasına görə dünyanın ən bahalı 20 futbolçusu siyahısına daxil olub. Siyahının zirvəsində isə İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal (200 milyon avro) qərarlaşıb. O, bu il “Qızıl top” səsverməsində ikinci yeri tutub.

Geridə qalan mövsümdə Dembelenin hesabında bütün turnirlər üzrə 53 oyun, 35 qol və 16 məhsuldar ötürmə var. Fransalı ulduz PSJ-nin heyətində Çempionlar Liqasının, Liqa 1-in, Fransa Kubokunun və Superkubokun qalibi olub.

Seçilən
25
90deqiqe.az

1Mənbələr