AZ

Keçmiş ərinə aliment ödəyəcək - sərvətinin 70 faizini tələb edir

Amerikalı repçi Kardi B ilə keçmiş həyat yoldaşı Offset arasında davam edən boşanma prosesi yeni mərhələyə çatıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, sənətçi məhkəmə çərçivəsində Offsetə aliment ödəməyə razılıq verib.

Offset keçmiş həyat yoldaşından sərvətinin 70 faizini tələb edib. Uzun illər evli olan və iki övlad böyüdən cütlük arasında maddi bölüşmə və uşaqların qəyyumluğu əsas mübahisə mövzusu olub.

Mənbələr bildirir ki, məhkəmə qərarının yaxın günlərdə elan ediləcəyi gözlənilir. Cütlüyün ayrılığı həm musiqi dünyasında, həm də sosial mediada geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
1
1
milli.az

2Mənbələr