Azərbaycan U-21 millisinin üzvləri Çexiyada keçirilən oyun öncəsi xoş bir jestlə yadda qalıblar.
İdmanxeber.az-ın Karvinaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hava şəraitinin yağmurlu olması səbəbindən futbolçular üst geyimlərini onlarla birgə meydana çıxan uşaqlara veriblər.
Bu addım azarkeşlər tərəfindən alqışla qarşılanıb.
Qeyd: Jurnalistlərin Çexiya səfəri “Misli” və AFFA-nın dəstəyi ilə həyata keçirilib.
Həsən Quluzadə