Narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.
Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhəri ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun narkotik maddə qəbul etdiyi müəyyən olunub və barəsində tədbir görülüb.
Bu məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətdən bildirildi ki, həmin sürücü işə götürüləndə narkoloji testində heç bir maddə aşkar edilməyib. Gündəlik yoxlamalar isə yüngül formada həyata keçirilir.
Bu kimi halların baş verməsi sakinlərdə narahatlıq yaradır.
Elə buna görə də yollarda qəzaların qarşısının alınması və sənişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi tərəfindən mütəmadi tədbirlər görülür.
Məsələ il bağlı AYNA-dan bildirildi ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməlidir. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Daşıyıcılarla keçirilən görüşlərdə AYNA tərəfindən onlara buna dair müvafiq tövsiyə və tapşırıqlar verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.