AZ

Maduro Venesuelanın təbii sərvətlərini ABŞ-a təhvil verməyi təklif edir

...Venesuela lideri Nikolas Maduro münaqişənin həlli üçün Venesuelanın karbohidrogen və minerallarının böyük hissəsini Amerika şirkətlərinə təhvil verməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The New York Times yazır.

Bunun müqabilində ABŞ tərəfi respublikaya təzyiqləri azaltmalıdır.

Bununla belə, Ağ Ev Maduronun siyasi gələcəyini təmin edəcək şərtlər daxilində Venesuela ilə danışıqlardan imtina edib.

Nəşr qeyd edir ki, ABŞ uzun müddətdir ki, Venesuelaya qarşı sərt mövqe nümayiş etdirir, prezidenti tənqid edir və onun hökumətini narkotik alverində iştirakda ittiham edir.

Bu, ABŞ-ın narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmiləri partlatmasına səbəb olub.

ABŞ Venesuelaya hərbi müdaxiləyə getdikcə yaxınlaşır.

Daha əvvəl Maduro bəyan etmişdi ki, Vaşinqton Venesuelanı müharibə ilə hədələyir və onun təbii sərvətlərini ələ keçirməyə və oyuncaq hökumət qurmağa cəhd edir.

O, həmçinin bəyan edib ki, ölkə hazırda Karib hövzəsində müharibə təhlükəsi ilə üz-üzədir.

Daha sonra Maduro xarici təhdid vəziyyəti elan edən fərman imzalayıb ki, bu da xarici təcavüz halında dövlət başçısına xüsusi səlahiyyətlər verir.

Bu tədbir ABŞ-ın narkotik daşıdığı iddia edilən qayıqları məhv etmək üçün dəfələrlə güc tətbiq etməsinə cavab olaraq qəbul edilib.

Əli Babayev

Seçilən
22
1
sia.az

2Mənbələr