AZ

Rusiya ilə münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək üçün müəyyən zaman kəsiyinə ehtiyac var

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya böyük dövlətdir. Bizi tarixi, iqtisadi, mədəni, qonşuluq əlaqələri bağlayır. Məlum təyyarə hadisəsindən sonra münasibətlərdə yaranmış soyuqluq münasibətlərimizdə gərginliyə səbəb olmuşdu. Əvvəlcə Rusiya hakimiyyət orqanları tərəfindən hadisənin təhrif olmuş formada təqdim olunması, daha sonra orada yaşayan soydaşlarımıza və diaspora fəallarımıza qarşı qeyri-qanuni davranışlar haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılığa səbəb olmuşdur”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.

Nəsib Məhəməliyev

Deputatın fikrincə, Əliyev-Putin görüşünü hər kəs səbirsizliklə gözləyirdi: “Konfrantasiya siyasəti vəziyyətdən çıxış yolu, problemlərin həlli deyil. Bu baxımdan, görüş olduqca vacib idi. Görüş kifayət qədər uğurla və Azərbaycanın əvvəldən müdafiə etdiyi prinsiplərə uyğun keçdi. Rusiya prezidentinin izahatını üzrxahlıq kimi qəbul etmək olar. Zərərçəkənlərə və dövlətə kompensasiya ödəniləcək, günahkarlar hüquqi qiymətini alacaqlar”

Nəsib Məhəməliyev bildirib ki, münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək üçün müəyyən zaman kəsiyinə ehtiyac var, ancaq, gərginlik aradan qaldırılacaq və bir çox problemlər öz həllini tapacaq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr