Peru siyasətində hərəkətli məqamlar yaşanır...
124 deputatın səs verdiyi Peru Konqresi prezident Dima Boluarteni "mənəvi səriştəsizlik" səbəbi ilə impiçment elan edib.
Gecə saatlarında keçirilən səsvermədən bir neçə saat sonra Konqresin prezidenti Xose Jer yeni prezident kimi and içib.
2016-cı ildən bəri Perunun 7-ci prezidenti olaraq and içdikdən sonra Konqresdə çıxış edən Jeri, Boluarteyə qarşı edilən ən böyük tənqidlərdən biri olan artan etibarsızlığa sərt yanaşacağını bildirib.