Unikal.az saytına istinadən ain.az xəbər verir.
Ögey qızı tərəfindən 13 bıçaq zərbəsi alan Herdekk meri hadisənin təfərrüatını açıqlayıb.
"Unikal" xəbər verir ki, Almaniyanın Herdekk şəhər merinin övladlığa götürdüyü qızı hücumdan əvvəl ona bir neçə saat işgəncə verib.
İris Staltser polisə bildirib ki, 17 yaşlı qızı qadına evinin zirzəmisində saatlarla işgəncə verib. Qız ona aerozol dezodorant və alışqanla hücum edərək saçını və paltarını yandırmağa cəhd edib, sonra bıçaqlayıb.
Qəzetin yazdığına görə, övladlığa götürülmüş qızı qisas almaq istədiyini bildirsə də, bunun səbəbi bəlli deyil.
Hazırda siyasətçinin həyatı üçün təhlükə yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.