AZ

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə "5+1" formatı yerinə, "6" formatı təklif edilib

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə "5+1" formatı yerinə,"6" formatını təklif edilib.

Trend xəbərverir ki, Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin İdarəHeyətinin sədri Fərid Şəfiyev bu barədə Türkmənistan tərəfindənAzərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərindətəməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə bildirib.

O vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri iləəməkdaşlığı davam etdirilir:

"Burada müxtəlif formatlar var. Məsələn, Azərbaycan, Özbəkistan,Qazaxıstan arasında alternativ enerji haqqında Anlaşma Memorandumuimzalanıb. Ona görə də düşünürəm ki, Özbəkistan, Azərbaycan,Türkmənistan arasında həyata keçirilən layihə də böyük potensialamalikdir.

Ümumiyyətlə, Azərbaycan artıq məsələni "5+1" yox, yəni 5 MərkəziAsiya ölkəsi və Azərbaycan deyil, 6 ölkəli platforma haqqındadüşünür. Yəni Azərbaycan Xəzər bölgəsinin ayrılmaz hissəsi olaraq 5Mərkəzi Asiya ölkəsi ilə bu platformanı inkişaf etdirməkniyyətindədir".

F. Şəfiyev eyni zamanda bildirib ki, geosiyasi təhdidlərəməkdaşlığın inkişaf etdirilməsini vacib edir: "Ümid edirəm ki,Türkmənistan bir gün Türk Dövlətləri Təşkilatının da üzvü olacaq.Neytrallıq anlayışını, hərbi-siyasi bloklara qoşulmamağı anlayıram,ancaq beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı inkişafetdirmək önəmlidir. Ona görə də ümid edirəm ki, Azərbaycan vəTürkmənistan arasında əməkdaşlıq həm də beynəlxalq platformalarçərçivəsində irəliləyəcək".

F. Şəfiyev həmçinin Orta Dəhlizin əməkdaşlıq baxımındanperspektivlərindən də danışıb: "Nəzərə alsaq ki, ənənəvi şimalmarşrutu indi, demək olar ki, yam potensialı ilə işləmir. Buməsələnin yaxın zamanlarda həll olunacağı gözlənilmir. Əsas səbəbdə Rusiya-Ukrayna müharibəsidir. Ona görə də Orta Dəhlizin böyükpotensialı var. Bu baxımdan hesab edirəm ki, Türkmənistanın da OrtaDəhlizə qoşulması çox vacib bir aktordur. Digər bir layihə də var:Çin, Qırğızıstan və Özbəkistan dəmir yolu haqqında layihəni həyatakeçirirlər. Bu layihənin məntiqi davamı olaraq bunu Türkmənistanvasitəsilə Xəzər dənizinə, Azərbaycana və Qərb istiqamətinə davametdirmək olar. Bunlar iki iqtisadi cəhətdən böyük potensiala malikolan layihələrdir".

Məqalədə:
Seçilən
45
2
az.trend.az

3Mənbələr