30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin məhkəmə araşdırması başa çatıb.
Hurriyyet.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. Amma onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. Belə ki, 2015-ci ilin martında onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Mərhum Nəzrin Mansurlunun 1 azyaşlı övladı qalıb.
Qafqazinfo.az