AZ

Qərbi Kaspi Universitetində “yoxa çıxan” fakültə – Tələbə niyə bərpa edilmir? / VİDEO

Qərbi Kaspi Universitetinin tələbəsi Cəbrayılov Namiq İsmayıl oğlu universitetə bərpa edilmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə C.Namiq özü məlumat verib.

O bildirib ki, universitet tərəfindən ixtisas uyğunsuzluğu səbəb göstərilərək “yox” cavabı verilib.

Onun sözlərinə görə, hərbi xidmətdən qayıdandan sonra 2 semestrdir təhsilini davam etdirə bilmir.

Universitet rəhbərliyi buna səbəb kimi ixtisasın uyğun gəlməməsini göstərir.

C.İsmayıl qeyd edibki o, Metrologiya (ölçmə elmi) sahəsində ixtisaslaşıb.Universitetə bərpa olunmaq istəsə də, rəhbərlik tərəfindən ona bu imkan yaradılımayıb.

“Dedilər ki, ixtisasınız uyğun gelmir. Halbuki mənim təhsil istiqamətim metrologiyadır. İmtahan da keçirilməyib. Bele çıxır ki, heç bir ixtisasa uyğun uygun gelmirəm”, –  deyə tələbə bildirib.

Seçilən
4
nocomment.az

1Mənbələr