AZ

® Mərkəzi Gömrük Hospitalında Proton terapiya üsulunun təqdimat tədbiri keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Mərkəzi Gömrük Hospitalında müasir müalicə üsullarından olan Proton terapiya metodunun təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim, tibb elmləri doktoru, ümumi cərrah Bəxtiyar Musayev, rəis müavinləri kardioloq Nabil Seyidov, Nahidə Mahmudova, tibb heyəti, Hindistanın ən böyük və ən tanınmış özəl səhiyyə şəbəkələrindən biri olan Apollo Hospitals-ın Baş meneceri Subhabrata Basu iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim, tibb elmləri doktoru, ümumi cərrah Bəxtiyar Musayev müasir innovativ müalicə metodlarının tətbiq edilməsinin hospitalın əsas prioritet istiqamətlərindən biri olduğunu, yeni texnologiyaların tətbiqinin daha effektiv və təhlükəsiz müalicə imkanlarının təmin edilməsinə yönəldiyini vurğulayıb.

Apollo Hospitals-ın Baş meneceri Subhabrata Basu çıxış edərək Proton terapiyasının beynəlxalq təcrübədə uğurla tətbiq olunduğunu, həmin metodunun iş prinsipləri, texniki üstünlükləri və tətbiq sahələri barədə ətraflı məlumat verib, praktik nümunələr və təcrübə paylaşımları təqdim edib.

Tədbirin yekununda iştirakçıların Proton terapiya üsulu ilə bağlı sualları cavablandırılıb, metodun tətbiq imkanları, müalicənin effektivliyi və sağlam toxumalara minimal təsir prinsipləri barədə geniş müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
azertag.az

1Mənbələr