Qaynarinfo-nun məlumatına görə, buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məşhur "Okean Avtosalon"unda aparılan səyyar vergi yoxlamaları zamanı külli miqdarda vergi pozuntularının aşkarlanması olub.
Belə ki, idarə tərəfindən "Okean Avto 2011" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Okean Avtosalon"larında aparılan səyyar vergi yoxlamaları zamanı 1,5 milyon manata yaxın vergidən yayınma halı aşkarlanıb.
Nəticədə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində "Okean Avto 2011" MMC-yə 994700.73 manat əlavə vergi, 510122.97 manat maliyyə sanksiyası tətbiq edilib.
2011-ci ildən "Okean Avtosalon"larının qanuni təmsilçisi və satış meneceri vəzifəsini tutan Məmmədov Səbuhi Ənsar oğlu vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Qubadov Malik Elxan oğlu gətirilib.
10Mənbələr
-
hurriyyet.az“Okean Avtosalon”unda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı ( 22340083)
-
hurriyyet.az“Okean Avtosalon”unda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı ( 22340059)
-
7news.az“Okean Avtosalon”unda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı ( 22295491)
-
manset.az"Okean Avtosalon"unda yoxlama - 1,5 milyon manat vergidən yayınma ( 22275502)
-
pravda.az"Okean Avtosalon"unda 1,5 milyon manat vergidən yayınma ( 22270660)
-
demokrat.az"Okean Avtosalon"unda 1,5 milyon manat vergidən yayınma —YOXLAMA ( 22269721)
-
musavat.com"Okean Avtosalon"unda 1,5 milyon manat vergidən yayınma - YOXLAMA ( 22269004)
-
editor.az“Okean Avtosalon”unda 1,5 milyon manat vergidən yayınma – YOXLAMA ( 22261258)
-
milli.az"Okean Avtosalon"unda 1,5 milyon manat vergidən yayınma - YOXLAMA ( 22260322)
-
cebheinfo.azMəşhur avtosalonda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı ( 22247458)