AZ

“Milan”dan “Yuventus”a?

style='margin-bottom:10px;'>

İtaliyanın “Milan” klubunun qapıçısı Mayk Menyan yayda komandasından ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Xəbərdə bildirilib ki, 30 yaşlı qolkiperin xidmətində “Yuventus” maraqlıdır.

Turin nəhəngi mövsümün sonunda “Milan”la müqaviləsi başa çatacaq fransalı oyunçunu azad agent kimi transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Menyan cari mövsümdə A Seriyasında 5 oyunda iştirak edib, 3 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr