AZ

Türkiyəli menecer Ayşe Barımın həbsxanaya aparılmasına həkimlər icazə verməyiblər

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən barəsində yenidən həbs qərarı verilən menecer Ayşe Barımın evində vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, "Gezi Parkı" etirazlarının təşkilatçıları arasında olduğu iddiası ilə yanvarın 27-də həbs edilən "İD İletişim" şirkətinin sahibi Ayşe Barım oktyabrın 1-də keçirilən məhkəmə iclasında sərbəst buraxılmış və barəsində ev dustaqlığı qərarı verilmişdi.

Prokurorluq onun azadlığa buraxılma qərarına etiraz etmiş, lakin 26-cı Ağır Cəza Məhkəməsi bu etirazı rədd etmişdi. Lakin İstanbul 27-ci Ağır Cəza Məhkəməsi Ayşe Barımın yenidən həbsinə qərar verib.

Həmin gün evində səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılan Barım qərarı xəstəxana otağında öyrənib. Həkimlər onun səhhətinə görə həbsxanaya göndərilməsinə icazə verməyiblər. Bir həftədən artıqdır müalicəsi davam edən Ayşe Barımın əməliyyat olunmasına qərar verilib. Bildirildiyinə görə, həkimlər onun açıq ürək əməliyyatı keçirməsi qərarına gəliblər və əməliyyat bazar ertəsi gününə planlaşdırılıb.

Hazırda xəstəxana qapısında polislər növbətçilik aparırlar.

Xatırladaq ki, Ayşe Barımın "Gezi Parkı" hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. O, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
oxu.az

2Mənbələr