AZ

Polisə soyuq silahla müqavimət göstərən şübhəli zərərsizləşdirildi

Polisə soyuq silahla müqavimət göstərən şübhəli zərərsizləşdirildi

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən AFN.az-a verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli saxlanılarkən cinayət təqibindən yayınmağa cəhd edib.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavimət davam etdiyindən polis xidməti tabel silahından istifadə etməklə onu zərərsizləşdirib. Şübhəliyə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
39
12
afn.az

10Mənbələr