AZ

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə hökm oxunub

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə hökm oxunub

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Ötən prosesdə dövlət ittihamçısı onun 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlu rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən xəstəxanada ölüb. Fakt üzrə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanmış və istintaq tamamlanıb.

İstintaq zamanı həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlu üzərində rinoseptoplastika əməliyyatını qüsurlu icra etməsi və bunun ölümə səbəb olması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) ilə ittiham olunaraq aidiyyəti məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
25
23
afn.az

10Mənbələr