AZ

Maliyyə bazarlarında bağlanan əqdlərin həcmi artıb

BAKI, 10 oktyabr. TELEQRAF

2025-ci ilin yanvar–sentyabr aylarında maliyyə bazarlarında bağlanan əqdlərin ümumi həcmi həm ABŞ dolları, həm də manat ifadəsində artıb.

Teleqraf bu barədə Milli Depozit Mərkəzi məlumatına əsasən xəbər verir.

Hesabat dövründə bağlanan əqdlərin həcmi 10 milyard 423,71 milyon manat olub. Bunun 97,1%-i (10 122,24 mln. manat) birja, 2,9 faizi (301,47 mln. manat) birjadankənar bazarda həyata keçirilib.

2024-cü ilin eyni dövründə birja əqdlərinin payı 87,9 faiz, birjadankənar əqdlərin payı isə 12,1 faiz olub. Beləliklə, birja əqdlərinin payı 9,2 faiz bəndi artıb, birjadankənar əqdlərin payı isə 9,2 faiz bəndi azalıb.

Dollar ifadəsində isə əqdlərin ümumi həcmi 359,31 milyon ABŞ dolları təşkil edib. Bunun 90,5 faizi (326,22 milyon ABŞ dolları) birja əqdlərinin, 9,5 faizi (33,09 mln. ABŞ dolları) isə birjadankənar əqdlərin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə birja əqdlərinin payı 71,4 faizdən 90,5 faizə yüksəlib, birjadankənar əqdlərin payı isə 28,6 faizdən 9,5 faizə enib.
Bu da müvafiq olaraq 19,1 faiz bəndi artım və 19,1 faiz bəndi azalma deməkdir.

Seçilən
54
teleqraf.com

1Mənbələr